...

ABŞ Azərbaycanın çoxillik dostu kimi regionda sülhün bərqərar olmasında iştirak etməyə hazırdır - Səfir

Siyasət Materials 19 Aprel 2022 16:16 (UTC +04:00)
ABŞ Azərbaycanın çoxillik dostu kimi regionda sülhün bərqərar olmasında iştirak etməyə hazırdır - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycanın çoxillik dostu kimi hər zaman regionda sülhün bərqərar olması prosesində iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger səfirlikdə keçirilən "Açıq qapı" günündə deyib.

"30 il ərzində biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan hüquqları, iqtisadiyyat, energetika və təhlükəsizlik məsələləri üzrə işləmişik", - səfir deyib.

Onun sözlərinə görə, ABŞ Azərbaycanın çoxillik dostu kimi hər zaman regionun çiçəklənməsi naminə sülhün bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin qurulması prosesində iştirak etməyə hazırdır.

Səfir, həmçinin, tədbir iştirakçılarını salamlayaraq onlara ABŞ-da təklif olunan müxtəlif tələbə təqaüd proqramları ilə tanış olmağı təklif edib.

"Ümid edirik ki, gələcəkdə siz ABŞ-da təhsil alacaq və ya ABŞ-a səfər edəcəksiniz. Əminəm ki, Azərbaycanın gələcəyində vacib rol oynayacaqsınız", - deyə E.Litsenberger bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti