...

ABŞ Azərbaycanın azad edilmiş ərazilərində işləyən daha çox Amerika şirkəti görmək istərdi - Səfir

Siyasət Materials 19 Aprel 2022 16:35 (UTC +04:00)
ABŞ Azərbaycanın azad edilmiş ərazilərində işləyən daha çox Amerika şirkəti görmək istərdi - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycanın azad edilmiş ərazilərində işləyən daha çox Amerika şirkəti görmək istərdi.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger səfirlikdə keçirilən "Açıq qapı" günündə deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası keçmiş qaçqınları öz doğma yurdlarına qayıtması baxımından çox vacibdir və ABŞ bu prosesi dəstəkləyir.

"Amerika şirkətləri artıq azad edilmiş ərazilərdə, energetika, minaların təmizlənməsi kimi sahələrdə işləyir, amma onların sayının artması yaxşı olardı", - səfir deyib.

O bildirib ki, ABŞ şirkətləri azad edilmiş ərazilərdəki layihələrdə iştirakını açıq tenderlərdə iştirak etməklə genişləndirə bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti