Bakı. Trend:
ABŞ Azərbaycanla Ermənistan arasında sülhün qurulmasına sadiqdir.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger səfirlikdə keçirilən "Açıq qapı" günündə deyib.
"ABŞ Ermənistanla Azərbaycan arasında istənilən münaqişə məsələsini həll etməyə çalışacaq", - səfir bildirib.
E.Litsenberger qeyd edib ki, ABŞ tərəflər arasında danışıqlar prosesinin qurulmasına xidmət edəcək.
Səfir əlavə edib ki, bir müddət Avropa İttifaqı da bu məsələyə öz dəstəyini bildirib və ABŞ bu addımı alqışlayır.
(Tərcümə: Orxan Nəbiyev)