...

Paşinyan Putinlə bir sıra məsələlərdə razılıq əldə olunduğunu bildirib

Siyasət Materials 20 Aprel 2022 16:46 (UTC +04:00)
Paşinyan Putinlə bir sıra məsələlərdə razılıq əldə olunduğunu bildirib

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bir sıra məsələlərdə razılıq əldə olunduğunu deyib.

Trend-in məlumatına görə, o, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü zamanı qeyd edib.

N.Paşinyan bildirib ki, bir sıra məsələlər üzrə, o cümlədən, Qarabağla bağlı, eləcə də regional infrastrukturun açılması, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi ilə bağlı yekun razılaşmalar əldə olunub.

Qeyd edək ki, N.Paşinyanın V.Putinlə görüşü ötən gün keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti