...

TÜRK PA-nın Strateji Yol Xəritəsi hazırlanıb

Siyasət Materials 22 Aprel 2022 13:38 (UTC +04:00)
TÜRK PA-nın Strateji Yol Xəritəsi hazırlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-2028-ci illər üçün TÜRK PA-nın Strateji Yol Xəritəsi hazırlanıb.

Trend-in məlumatına görə, bunu TÜRK PA-nın Baş katibi Mehmet Süreyya Er qurumun bu gün Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.

O qeyd edib ki, sənəddə 2023-2028-ci illərdə TÜRK PA-nın daimi komissiyaları çərçivəsində hazırlanacaq nümunəvi qanunların siyahısı da var: “Qlobal təhdidlərə qarşı mübarizə üçün üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi vacibdir. Strateji Yol Xəritəsi beynəlxalq əməkdaşlığı gücləndirmək üçün platforma kimi böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında əlaqələri gücləndirmək, onları “Dildə, ideyada, işdə birlik” şüarı və şüuru ilə qidalandırmaq və dəstəkləmək istiqamətində atılan qəti addımlar gələcəkdə bu gün yaşadığımız çətinliklərlə üzləşməməyimiz üçün həyati əhəmiyyət kəsb edir”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti