...

Almaniya 5 milyard avro dəyərində 60 "Chinook" helikopteri alacaq

Siyasət Materials 24 Aprel 2022 03:28 (UTC +04:00)
Almaniya 5 milyard avro dəyərində 60 "Chinook" helikopteri alacaq

Bakı. Trend:

Almaniya Müdafiə Nazirliyi ABŞ-ın "Boeing" şirkətindən 60 ədəd Chinook CH-47F ağır nəqliyyat helikopteri almağı planlaşdırır.

Trend bu barədə yerli "Bild" nəşrinə istinadla xəbər verir.

Məlumata görə, Almaniya buna 5 milyard avro xərcləyəcək. Nəşrin mənbələri iddia edir ki, avadanlıqların tədarükü 2025-2026-cı illərdən tez başlanmayacaq.

Helikopterlər ABŞ-ın Sikorsky şirkəti və Almaniyanın "VFW" şirkəti tərəfindən birgə istehsal edilən köhnəlmiş CH-53G Stallion helikopterini əvəz edəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti