...

Ermənistanda artıq dərk etməyə başlayıblar ki, sülh prosesinə əngəl olmaq ölkənin xeyrinə deyil - Svante Kornell

Siyasət Materials 28 Aprel 2022 17:24 (UTC +04:00)
Ermənistanda artıq dərk etməyə başlayıblar ki, sülh prosesinə əngəl olmaq ölkənin xeyrinə deyil - Svante Kornell
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Ermənistanda artıq dərk etməyə başlayıblar ki, sülh prosesinə əngəl olmaq ölkənin xeyrinə deyil.

Trend-in məlumatına görə, bunu İsveçin Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun direktoru Svante Kornell Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.

"Ermənistanın regiondakı vəziyyətlə bağlı mövqeyini bir anda dəyişmək mümkün deyil. Amma, görünür, Ermənistanda da başa düşməyə başlayıblar ki, baş verənlər ölkənin xeyrinə deyil və ona yeni strategiya lazımdır", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti Qarabağın erməni işğalında olduğu müddətdə orada nə baş verdiyini dəqiqliklə bilə bilməzdi.

"İndiyədək biz burada olan reallıqları görə bilmirdik. Amma Şuşada olarkən biz hər şeyi öz gözümüzlə görürük", - S.Kornell deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti