Bakı. Trend:
Mayın 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
Trend "TASS"-a istinadla xəbər verir ki, bu barədə Şuranın yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, iclas may ayında qurumda sədrlik edən ABŞ-ın rəhbərliyi ilə keçiriləcək.
Bundan əvvəl Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord bildirmişdir ki, iclasda BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfəri də müzakirə olunacaq.