...

Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı nümayəndə heyəti ilə görüşüb (FOTO)

Siyasət Materials 12 May 2022 15:17 (UTC +04:00)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı nümayəndə heyəti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik K.Vəliyev iki dövlətinin orduları arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-leytenant S.İztleuov hərbi əməkdaşlıq sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti