...

Azərbaycan və Latviya Müdafiə Nazirlikləri arasında əməkdaşlıq haqqında saziş təsdiqləndi

Siyasət Materials 25 May 2022 15:44 (UTC +04:00)
Azərbaycan və Latviya Müdafiə Nazirlikləri arasında əməkdaşlıq haqqında saziş təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Trend xəbər verir ki, fərmanda deyilir:

1. 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti