...

Bu gün əfv olunan məhkumlardan 3-ü əcnəbidir

Siyasət Materials 27 May 2022 19:12 (UTC +04:00)
Bu gün əfv olunan məhkumlardan 3-ü əcnəbidir

Bakı. Trend:

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncamla 3 əcnəbi vətəndaş əfv olunub.

Onlar İran İslam Respublikasının vətəndaşı Shahlacheshm Charzehkhoun Hosseın Mozaffar, Özbəkistan Respublikasının vətəndaşı İsabayev Nizamiddin Fazliddinoviç və Türkiyə vətəndaşı Kondakçı Resuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti