...

Ukrayna Putinlə danışıqlara dair Ərdoğanın təklifinə cavab verib

Siyasət Materials 30 May 2022 01:06 (UTC +04:00)
Ukrayna Putinlə danışıqlara dair Ərdoğanın təklifinə cavab verib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı və rusiyalı həmkarları Vladimir Zelenski və Vladimir Putini birgə telefon danışığı - konfrans keçirməyə dəvət etməsindən sonra Ukrayna ilkin razılığını verib.

Trend "UNİAN"a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır.

"Bu razılaşmalar Türkiyə ilə Rusiya prezidentləri arasında olub. Ukrayna Prezident Aparatının mövqeyinə gəlincə, Rusiya prezidenti razılıq versə, biz də belə bir təklifə baxacağıq", - S.Nikiforov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti