...

Biz Cənubi Qafqazda bir sıra tarixi hadisələrin və dəyişikliklərin şahidi olduq - Səfir

Siyasət Materials 9 İyun 2022 10:14 (UTC +04:00)
Biz Cənubi Qafqazda bir sıra tarixi hadisələrin və dəyişikliklərin şahidi olduq - Səfir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Cənubi Qafqazda bir sıra tarixi hadisələrin və dəyişikliklərin şahidi olduq.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.

"Mənim Azərbaycanda fəaliyyətim bu yay başa çatır. Mənim üçün ABŞ-ın Azərbaycanda səfiri olmaq böyük şərəfdir. Biz regionda bir sıra tarixi hadisələrin və dəyişikliklərin şahidi olduq. Mən bilirəm ki, münasibətlərimiz gələcəkdə də yaxşı əllərdə olacaq. Bu il biz iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan daha böyük tərəfdarı yoxdur. Növbəti 30 ilə gəldikdə mən nikbin əhval-ruhiyyədəyəm. Bir daha vurğulamaq istəyirəm ki, ABŞ regionun çiçəklənməsi üçün sülhün, iqtisadi, nəqliyyat əlaqələrinin qurulmasında kömək etməyə hazırdır. Dövlət katibi Blinkenin dediyi kimi, biz Azərbaycanın terrorçuluq və qanunsuz ticarət şəbəkələri ilə qlobal mübarizəyə töhfəsini yüksək qiymətləndiririk. Biz Azərbaycan və Cənubi Qafqazın dinc, demokratik və çiçəklənən gələcəyinin təşviqinə sadiqik", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti