Bakı. Trend:
İnternet resurslarından istifadə edərkən kənar şəxslərin təxribatlarına aldanmamaq, onlar tərəfindən verilən tapşırıqlara uymamaq lazımdır.
Bu sözləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində xüsusi xidmət orqanlarının veteranı, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik Azər Qarayev bildirib.
A.Qarayev qeyd edib ki, ola bilsin ki, onlara tapşırığı yerinə yetirmək üçün müəyyən vədlər verilsin. Bizim gənc nəslimiz bunlara uymamalı, ayıq-sayıq olmaldır.
"Valideynlər də övladlarının sosial şəbəkələrdən istifadə etməsini nəzarətdə saxlamalıdır. Azyaşlılar bunları başa düşməyə bilər, lakin valideyn gördüyü an bunun doğru olmadığını başa düşə bilir. Bu cür təxribatlar və hadisələrlə üzləşdikləri zaman xüsusi təhlükəsizlik orqanlarına məlumat verilməlidir. Bundan əlavə təhsil müəssisələri, qeyri-hökumət təşkilatları da bu istiqamətdə işlər aparmalıdır. Azyaşlılar, gənclər, cavan kadrlar arasında təbliğat aparılmalı, ayıq-sayıq olmağa təşviq edilməlidir. Bizim çox hiyləgər düşmənimiz var və buna görə də hər bir Azərbaycan vətəndaşı buna qarşı mübarizə aparmalıdır",- deyə A.Qarayev əlavə edib.