Bakı. Trend:
Uzunmüddətli sülh qurularsa, Cənubi Qafqaz daha vacib regiona çevrilə bilər.
Trend-in məlumatına görə, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
"Mən Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh və etimadın möhkəmləndirilməsi üzrə addımları alqışlayıram", - deyə o bildirib.
Gürcüstan prezidenti qeyd edib ki, Aİ quruma üzvlüyə namizəd olan ölkələrə dəstək göstərməlidir, çünki bu, əmədaşlığın möhkəmlənməsinə aparan yoldur.
"Ukraynadakı vəziyyət bir daha beynəlxalq ictimaiyyətin birgə işləməsinin zəruriliyini göstərdi", - S.Zurabişvili deyib.
(Tərcümə: Orxan Nəbiyev)