...

Şuşadakı konfrans Türkiyə-Azərbaycan münasibətlərinin növbəti təzahürüdür - Tahir Budaqov

Siyasət Materials 16 İyun 2022 13:30 (UTC +04:00)
Şuşadakı konfrans Türkiyə-Azərbaycan münasibətlərinin növbəti təzahürüdür - Tahir Budaqov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Dünən Şuşada baş tutan konfrans Türkiyə və Azərbaycan arasında münasibətlərin növbəti təzahürüdür.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, dünən bir neçə hadisənin əlamətdar olduğu gündə keçirilən konfrans həm də rəmzi məna daşıyırdı: “Konfransda çox ciddi mesajlar verildi və münasibətlərdə yeni mərhələnin əsası qoyuldu. İqtidar partiyalarının təşkil etdiyi tədbirə digər partiyaların da rəhbər heyətləri qatılmışdı. Azərbaycan tərəfindən də dünənki konfransa 33 partiya sədri qatılmışdı. Bu da Azərbaycanda yeni siyasi konfiqurasiyaya keçidin göstəricisi idi”.

T.Budaqov işğaldan azad olunmuş ərazilərdə görülən bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin roluna da toxunub: “Hazırda azad edilən ərazilərdə gedən bərpa və quruculuq işlərində Türkiyə şirkətləri mühüm rol oynayır. Türkiyə şirkətlərinin gördüyü işlər göz önündədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti