...

Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşüb

Siyasət Materials 24 İyun 2022 13:11 (UTC +04:00)
Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 24-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində bu ölkənin Prezidenti Sadır Japarov Türk PA-nın XI iclasında iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, görüşdə parlamnetin sədri, Azərbaycan nümayəndə heyətinin başçısı Sahibə Qafarova iştirak edib.

Spikerləri səmimiyyətlə salamlayan Sadır Japarov ölkəsinin Türk PA çərçivəsində əməkdaşlığa və bu təşkilatın fəaliyyətinə böyük əhəmiyyət verdiyini bildirib.

Görüşdə Türk PA-nın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Çolpon-Ata şəhərində keçirilən Türk PA-nın XI iclası təşkilatın gələcək inkişafına, qurum çərçivəsində əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti