...

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibində dəyişiklik edilib

Siyasət Materials 24 İyun 2022 18:12 (UTC +04:00)
Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibində dəyişiklik edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- Altıncı abzas ləğv edilsin.

- Dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti