...

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında növbəti görüşün vaxtı açıqlanıb

Siyasət Materials 28 İyun 2022 11:28 (UTC +04:00)
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında növbəti görüşün vaxtı açıqlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı xüsusi nümayəndələrin növbəti görüşü iyulun 1-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edək ki, xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında bu günədək üç görüş baş tutub.

Tərəflər arasında son görüş mayın 3-də Vyanada keçirilmişdi. Həmin görüşün yekunu ilə bağlı verilən bəyanatda xüsusi nümayəndələr normallaşma prosesini ilkin şərt olmadan davam etdirməyə razılıqlarını təsdiq etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti