Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Amerika Xarici Siyasəti üzrə Milli Komitəsi anlaşma memorandumu imzalayıb.
Bu barədə Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat verilib.
Bu müqaviləyə əsasən 1947-ci ildə təsis olunmuş Amerika Xarici Siyasət üzrə Milli Komitəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Bakı Forumuna hazırlıq və ekspertlərin cəlb olunması, Avropa və ABŞ-da birgə seminar, konfrans və içtimai müzakirələrin təşkili, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu York şəhərində təşkil etdiyi Ali Səviyyəli toplantısında əməkdaşlıq edəcəklər.
Anlaşma Memorandumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həm-sədrləri xanım Vayra Vike-Freiberqa, cənab İsmayıl Seragəldin və Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Suzan Elliott tərəfindən imzalanmışdır.