...

Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın nüfuzunu göstərir - Asəf Hacıyev

Siyasət Materials 30 İyun 2022 15:29 (UTC +04:00)
Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın nüfuzunu göstərir - Asəf Hacıyev

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qoşulmama Hərəkatı Təşkilatına çox sayda dövlətlər daxildir və bu səbəbdən təşkilat böyük əhəmiyyətə malikdir.

Bunu Trend-ə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycan təşkilata 3 ildir sədrlik edir. Bu da öz növbəsində Azərbaycanın nüfuzunu göstərir.

“Çünki sədrlik üçün yekdil qərar olmalıdır. Çox sayda ölkələrin Azərbaycanın sədrliyinə qərar verməsi Azərbaycanın nüfuzundan xəbər verir. Azərbaycan enerji qaynaqları baxımından zəngin dövlətdir. Lakin ən əsas zəngin qaynaq burada yaşayan insanlardır. Avropa üçün Azərbaycan bu gün çox mühüm yerə sahibdir. Çünki enerji təhlükəsizliyini təmin edən ölkələrdən biridir. Bütün bu səbəblər nəzərə alındıqda, bu gün iclasın Azərbaycanda keçirilməsi çox təbiidir”, - deyə A.Hacıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti