...

Qoşulmama Hərəkatın üzv ölkələrin BMT-də Azərbaycanı dəstəkləməsi vacib hadisə idi - Elşad Həsənov

Siyasət Materials 2 İyul 2022 12:48 (UTC +04:00)
Qoşulmama Hərəkatın üzv ölkələrin BMT-də Azərbaycanı dəstəkləməsi vacib hadisə idi - Elşad Həsənov

Bakı. Trend:

Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. Təşkilatda 18 müşahidəçi dövlət, 10 müşahidəçi təşkilat var. Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilatdır. Belə bir təşkilatda təmsil olunan ölkələrin BMT-də Azərbaycanı dəstəkləməsi vacib hadisə idi.

Trend xəbər verir ki, bunu “Bakı-Xəbər”a açıqlamasında siyasi ekspert Elşad Həsənov deyib.

E.Həsənov bildirib ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına rəhbərlik edir.

"Bizə olan hörmətin nəticəsidir ki, Azərbaycanın bu quruma rəhbərliyi 2023-cü ilin sonuna qədər artırılıb. Xüsusilə qeyd olunmalıdır ki, Bakı dünya siyasi mərkəzinə çevrilir. Qoşulmama Hərəkatı Banduq prinsiplərinə əsasən fəaliyyət göstərir. Sözügedən prinsipin mahiyyəti dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət etməsi, daxili işlərə qarışmamaq və qarşılıqlı sülh şəraitində yaşamaqdır. Azərbaycan hər zaman bu prinsiplərə sadiqdir. Ötən 30 il ərzində Ermənistanın BMT-nin qəbul etdiyi 4 qətnaməni yerinə yetirməməsi onu göstərdi ki, dünyada ikili standartlar qalmaqdadır. Təbii ki, bu qəbuledilməz idi. Ona görə də 2020-ci ilin payızında Azərbaycan Ordusu bu qətnamələrin yerinə yetirilməsini təmin etdi. Əfsuslar olsun ki, bəzi dövlətlər beynəlxalq hüquqa dəstək vermək əvəzinə, Təhlükəsizlik Şurası səviyyəsində bizə qarşı qətnamə qəbul etməyə cəhd etdilər. Fikrimcə, həmin dövlətlərin başında Fransa dayanırdı. Çünki o vaxt ən çox hay-həşir qoparan məhz Fransa idi. Ancaq o vaxt BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan bir sıra dövlətlər buna imkan vermədi. Çünki onlar Qoşulmama Hərəkatında təmsil olunurdular. Beləliklə, BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan mahiyyətli qətnamənin bloklanması çox böyük uğur idi. Bundan bir neçə gün sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti