Bakı. Trend:
Azərbaycan Resoublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.