...

Prezident İlham Əliyev prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı ilə bağlı Sərəncam imzalayıb

Siyasət Materials 29 İyul 2022 16:13 (UTC +04:00)
Prezident İlham Əliyev prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı ilə bağlı Sərəncam imzalayıb

Bakı. Tend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

Sərəncamla “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamının 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:

“1. Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilsin.”.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti