Bakı. Trend:
4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, səfirliyin binasına daxil olaraq,
vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini
bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli
polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və
saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət
almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən
araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim
ediləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik
binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq
tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya
qurumlarının diqqətinə çatdırılıb.