...

Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb

Siyasət Materials 5 Avqust 2022 01:11 (UTC +04:00)
Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, səfirliyə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan Bayrağı da yenidən yerinə bərkidilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti