...

Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyir

Siyasət Materials 5 Avqust 2022 09:43 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyir

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Londandakı Azərbaycan səfirliyində dünən verən insidentlə bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir:

"Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib.

Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır".

Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti