“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçiriləcək

Siyasət Materials 7 Sentyabr 2022 15:07 (UTC +04:00)
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçiriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin geniş müzakirəsi məqsədi ilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Parlamentdən Trend-ə verilən məlumata görə, ilk ictimai dinləmənin cari ilin sentyabrın 28-də keçirilməsi gözlənilir. İctimai dinləmə zamanı səsləndiriləcək fikirlər, o cümlədən irəli sürüləcək təkliflər nəzərdən keçiriləcək.

Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib. Yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti