...

Xarici səyahətçilər Azıx mağarasını ziyarət ediblər (FOTO)

Siyasət Materials 9 Sentyabr 2022 11:12 (UTC +04:00)
Xarici səyahətçilər Azıx mağarasını ziyarət ediblər (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Xocavənd. Trend:

Xarici səyahətçilər Azıx mağarasını ziyarət ediblər.

Trend-in müxbiri bildirir ki, səyahətçilərə bu ərazilərdə qədim yaşayış məskənlərinin olduğunu təsdiq edən artefaktlar barədə məlumat verilib.

"Azıx mağarası insanın ən qədim məskənlərindən biridir. Təəssüf ki, erməni işğalı dövründə burada qanunsuz qazıntılar aparılıb və tapıntıların bir hissəsi Ermənistana daşınıb, bu isə bütün beynəlxalq hüquq normalarına ziddir", - deyə səyahətçilərə bildirilib.

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti