...

Prezident İlham Əliyev: Qardaş Türkmənistanın dinamik inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər əldə etməsi bizi sevindirir

Siyasət Materials 24 Sentyabr 2022 17:01 (UTC +04:00)
Prezident İlham Əliyev: Qardaş Türkmənistanın dinamik inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər əldə etməsi bizi sevindirir

Bakı. Trend:

Bu gün qardaş Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləyərək siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi bizi sevindirir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova ünvanlandığı təbrikdə bildirib.

Təbrikdə deyilir: “Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər ilə bir-birinə bağlı olan, tarixən mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsi Azərbaycan-Türkmənistan əlaqələrinin əsasını təşkil edir. İkitərəfli və çoxtərəfli əlaqələrimizin ötən otuz ildə yüksələn xətt üzrə inkişaf etməsi və hazırkı strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur. Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, “mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətlərinin, zəngin potensiala malik həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti