...

Son üç həftədə xaricdə 40-dan çox aksiya və yürüşlərimiz keçirilib - Komitə sədri

Siyasət Materials 27 Sentyabr 2022 11:50 (UTC +04:00)
Son üç həftədə xaricdə 40-dan çox aksiya və yürüşlərimiz keçirilib - Komitə sədri
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend,:

Son 3 həftədə 40-dan çox müxtəlif aksiya və yürüşlərimiz keçirilib.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları çalışır ki, erməni vəhşiliklərini bütün dünya görsün.

"Bu vəhşilikləri, qanunsuz hərəkətləri erməni icması həyata keçirir. Bütün dünya da, akreditə olunmuş səfirliklər də bunu görərək qiymət verir.

Son 3 həftədə 40-dan çox müxtəlif aksiya və yürüşlərimiz keçirilib. Parisdə UNESCO-nun qarşısında Azərbaycanıntarixi abidələrinin dağıdılması, mədəni irsimizin məhvi ilə əlaqədar 3 gün dinc aksiya keçirildi. Heç bir erməni təşkilatı cürət edib, söz deyə bilmədi.

Azərbaycan diasporu hadisələrə çox çevik reaksiya verir. Heç bir ölkədə Azərbaycan diasporu qeyri-qanuni fəaliyyətlə məşğul deyil. Erməni diasporu isə bəzi ölkələrdə qanunsuz addımlara yol verir. Mənə elə gəlir ki, həmin dövlətlər buna ciddi reaksiya verməlidir", - deyə komitə sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti