Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Bütün bunun günahkarı təbii ki, kənardan manipulyasiyalara uyan Ermənistandır. İnanırıq ki, Ermənistan nəhayət sağlam qərar verə biləcək və sülhə gələcək.
Trend-in məlumatına görə, bunu Avrasiya Araşdırma Mərkəzinin (AVİM) direktoru türkiyəli diplomat Alev Kılıç sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində “Azərbaycanda beyin mərkəzləri və onların qarşısında duran məsələlər” mövzusunda panel müzakirələrdə deyib.
A.Kılıç bildirib ki, Cənubi Qafqaz əlverişli coğrafi mövqedə yerləşir və biz də bu regionun bir parçasıyıq:
"Sülh və davamlı inkişaf naminə səylərimizi birləşdirməli və yol xəritəmizi müəyyənləşdirməliyik", - politoloq deyib.
O,konfransın işinə uğurlar arzulayıb.