...

Türkiyə və Liviya arasında neft-qaz yataqlarının işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb

Siyasət Materials 4 Oktyabr 2022 06:53 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Liviya hökumətinin Baş naziri Əbdülhəmid Dbeybəhin iştirakı ilə Tripolidə iki ölkə arasında dənizdə neft-qaz yataqlarının işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, Liviya hökumətinin xarici İşlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Əl-Mənquş və Mövlud Çavuşoğlu imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bu sənədin iki ölkənin maraqlarına uyğun olduğunu söyləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti