...

Ermənistan Azərbaycanla sülh müqaviləsini sonsuza qədər təxirə sala bilməz - Ariel Koen

Siyasət Materials 10 Oktyabr 2022 17:12 (UTC +04:00)
Ermənistan Azərbaycanla sülh müqaviləsini sonsuza qədər təxirə sala bilməz - Ariel Koen
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycanla sülh müqaviləsini sonsuza qədər ləngidə və təxirə sala bilməz.

Bunu Trend-ə Atlantik Şurasının baş elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Məsələləri Mərkəzinin enerji, artım və təhlükəsizlik üzrə direktoru Ariel Koen deyib.

"Hesab edirəm ki, Cənubi Qafqazda mühüm hadisələr baş verir, belə ki, Ermənistan tarixi seçim qarşısındadır: Azərbaycanla sülh müqaviləsi imzalamaq və ya qalib gələ bilməyəcəyi münaqişəni davam etdirmək. Bu baxımdan, Azərbaycanın münaqişədə qələbəsi həlledici oldu və son gərginləşmə göstərdi ki, İrəvan sülh müqaviləsinin imzalanmasını sonsuza qədər ləngidə və təxirə sala bilməz. Türkiyə, ümumilikdə beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləyir", - deyə o bildirib.

A.Koen qeyd edib ki, Aİ Bakı ilə İrəvan arasında təmaslara kömək edir və Rusiyanın Ukrayna ilə məşğul olduğu vaxtda Cənubi Qafqazda öz mövqelərini gücləndirməyə çalışır.

“İnanıram ki, yekunda sülh müqaviləsi əldə olunacaq və bu, bütün Cənubi Qafqaz xalqlarına, o cümlədən, Ermənistan xalqına xeyir gətirəcək, çünki ölkənin investisiyaya, nəqliyyat və energetikanın inkişafına ciddi ehtiyacı var. Bu, Ermənistan, Azərbaycan, Gürcüstan və bütün region üçün uduşlu variant olacaq”, - ekspert deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti