...

Aİ-nin mülki missiyası bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olacaq - Sabiq səfir

Siyasət Materials 13 Oktyabr 2022 17:04 (UTC +04:00)
Aİ-nin mülki missiyası bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olacaq - Sabiq səfir

Bakı. Trend:

Regiondan kənar ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələrinin bölgədə hər hansı ölçüdə iştirakı bölgənin sülh və təhlükəsizliyinə ciddi təhdid olacaq.

Bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərməsi ilə əlaqədar Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan Moskva razılaşması və ərazi bütövlüyü prinsipi çərçivəsində problemləri həll edə bilərlər.

"Regiondan kənar ölkələrin müdaxiləsi olmadan Azərbaycan və Ermənistan arasında problemlərin ikitərəfli şəkildə həll edilməsi bölgədə sülh və təhlükəsizliyin xeyrinədir", - deyə o qeyd edib.

Qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlər oktyabrın 11-də Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsi ilə əlaqədar razılığa gəliblər. Mülki missiyanın məqsədinin etimadı gücləndirmək və delimitasiyaya töhfə vermək olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti