...

Türk dövlətləri vahid platformadan çıxış etməklə həm türk dünyasını, həm də öz ölkələrinin mənafelərini qoruya bilərlər - Mübariz Qurbanlı

Siyasət Materials 21 Oktyabr 2022 09:54 (UTC +04:00)
Türk dövlətləri vahid platformadan çıxış etməklə həm türk dünyasını, həm də öz ölkələrinin mənafelərini qoruya bilərlər - Mübariz Qurbanlı

Bakı. Trend:

Türk dövlətlərin birliyinin yaranması ilə bağlı müxtəlif fikirlər var. Bəzi dairələr bunun çevriliş olduğunu düşünürlər. Əgər bu çevrilişdirsə, nə üçün dünyanın bir çox yerlərində dövlətlər birləşir?

Trend xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, türk dövlətləri birləşməlidir. Biz öz addımımızı atırıq. Bu addım da sülhə, tərəqqiyə xidmət edir.

"Dünya ölkələrinin 19 faizini türk dövlətləri təşkil edir. Dünya əhalisinin 25 faizdən yuxarısı isə islam ölkələrinin payına düşür. Türk dövlətləri vahid platformadan çıxış etməklə həm türk dünyasını, həm də öz ölkələrinin mənafelərini qoruya bilərlər. Dünyada çoxsaylı qanlı müharibələr gedir. Bu müharibələrin əsas məqsədləri sərvətlərə sahib olmaq, dünyanı bölüşdürməkdir. Dünya tərəqqi edib deyirik, lakin bu inkişaflar fonunda maraqlar yenə 2 min əvvəlki ilə eynidir. Kim daha güclüdürsə, daha çox sərvət əldə etməyə çalışır. Bu mənada Türk dövlətlərinin imzaladığı sənəd İslam adı altında məzhəblərə parçalanmaya qarşı sənəddir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti