...

Prezident İlham Əliyev: Hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik

Siyasət Materials 24 Oktyabr 2022 14:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik

Bakı. Trend:

Hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

"2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti