...

Türkiyə səfiri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Siyasət Materials 9 Noyabr 2022 11:39 (UTC +04:00)
Türkiyə səfiri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü səfir "Twitter" hesabında paylaşım edib.

"Qafqazın zirvəsində dalğalanan üçrəngli şanlı bayraq. Bayraq gününüz mübarək", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti