...

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm dostluq üzərində qurulub - Azər Badamov

Siyasət Materials 11 Noyabr 2022 19:21 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və möhkəm dostluq üzərində qurulmuşdur. Prezident İlham Əliyev cari ildə 3-cü dəfədir ki, Özbəkistana səfər edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, iyun aynda baş tutmuş rəsmi səfəri zamanı ölkələrimiz arası əməkdaşlığın genişləndirilməsinə dair 19 sənəd imzalanmışdır.

“İmzalanmış bu sənədlərdə ölkələrimizarası 500 milyon dollar məbləğində investisiyanın yatırılmasını ehtiva edilir. O cümlədən, dövlət başçılarımızın təşəbbüsü ilə yaradılmış hökumətlərarsı komisiya ölkələrimiz arası İqtisadi-ticari əməkdaşlığının artırılmasına və iqtisadi əməkdaşlıq imkanlarının daha da geniş şəkildə istifadə olunmasına yol açır. Özbəkistan Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş, Vətən müharibəsi zamanı yanımızda olmuş və torpaqlarımızın işağldan azad olunmasına sevinən qardaş ölkədir. Zəfər Günümüzü Özbəkistanda geniş şəkildə qeyd etməsi və bizim sevincimizə şərik olduğunun nümayişi əsil dostluq və qardaşlığın göstəricisdir. Özbəkistan yeganə xarici ölkədir ki, işğaldan azad edilmiş ərazilərimizdə tikinti layihəsi ilə yardım göstərir. Beləki Özbəkistan Respublikasının maliyyəsi hesabına Füzulidə tikilən orta məktəb binası xalqlarımız arasındakı dostluqun simvoluna çevriləcəkdir.. Özbəkistanın belə bir ilkə imza atması təbii ki, ölkələrimiz arası münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Təbii ki, ölkələrimiz arasında mədəni-humanitar əlaqələr də genişlənir. O cümlədən regionlararası forumun keçirilməsi nəzərdə tutulur ki, bu forumda Azərbaycanın şəhərləri ilə Özbəkistan şəhərlərinin qardaşlaşması haqqında sənədlər imzalanacaqdır. Ümumiyyətlə deyə bilərəm ki, Özbəkistanla əlqələrimiz tariximizin ən yüksək dövrünü yaşayır”, - deyə deputat qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyevin Səmərqəndə səfəri çərçivəsində 12 noyabrada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin IX Samitində iştirak edəcəkdir.

“Türk Dövlətləri Əməkdaşlıq Şurasının ilk Zirvə toplantısı Naxçıvanda baş tutmuşdu. Bu birlik təşkilata çevriləndən sonra isə ilk Zirvə toplantısının Səmərqənddə keçirilməsinin arasında da bir bağlılıq vardır. TDT bu gün yeni dünya düzənində yaranmış çağırışlar fonunda daha da güclənir. TDT-yə daxil ölkələr arasında ticarət dövrüyyəsi 2016-cı ildə 13,9 milyard dollar idisə, 2021-ci ildə artaraq 25,9 milyard dollara çatmışdır. Təbii ki, TDT-də əməkdaşlığı dərinləşdirməklə ölkələrimiz arası ticarət dövrüyyəsini daha da artırmağına potensial genişdir. Səmərqənddə keçirilən TDT-nin liderlərinin IX Zirvə görüşündə “Türk sivilizasiyasının yeni dövrü: Birgə inkişaf və tərəqqiyə doğru” mövzususunda müzakirələr aparılcaqdır. IX Zirvə Toplantısı liderlərin bir sıra qərarlar alacağı, iqtisadi, ticarət, nəqliyyat və gömrük sahələrindəki TDT layihələrilə bağlı razılaşmaların və rəsmi sənədlərin qərara alınacağı bir platforma təşkil edəcək”, - deyə deputat bildirib.

O qeyd edib ki, TDT-nin ən yüksək səviyyəli platforması olan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşündə liderlər üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

“Hesab edirəm ki, toplantının müzakirə mövzularından bir də Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı olacaqdır. Çünki, bu dəhliz nəinki Naxçıvanla quru əlaqəmiz yaradacaq, həm də Türk Dövlətləri Təşkilatı ölkələri arasında birbaşa bağlantının yaranmasına yol açacaqdır. Zəngəzur dəhlizin açılması TDT-yə daxil ölkələr arasında daşınmaların həyata keçirilməsinə yeni bir yanaşmanın ortaya qoyulmasına imkan verəcəkdir.

Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Cənab Prezidentin Səmərqəndə səfəri Özbəkistanla əməkdaşlığının daha dərinləşməsinə töhfə verəcək. Həm də keçiriləcək TDT liderlərin IX Zirvə görüşü bu təşkilata üzvü ölkələr arası iqtisadi və siyasi əməkdaşlığının müasir çağırışlara uyğun inkişafına yeni imkanlar açacaqdır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti