...

Fransa və İran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına maneələr yaradır - Sahil Kərimli (VİDEO)

Siyasət Materials 19 Noyabr 2022 16:06 (UTC +04:00)
Fransa və İran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına maneələr yaradır - Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə mane olan, sülh müqaviləsinin imzalanmasına əngəl yaradan bəzi ölkələr öz maraqlarından çıxış edərək bölgədə yeni müharibə ocağı yaratmaq niyyətindədirlər. Prezident İlham Əliyevin yürütdüyü müstəqil və qətiyyətli siyasət, dövlət başçımızın Azərbaycanın dövlətçilik və milli maraqlarını əzmlə müdafiə etməsi həmin beynəlxalq dairələri narahat edir. Bu səbəbdən də ölkəmizin güclü və qüdrətli olmasını istəmirlər.

Bunu ötən həftənin ictimai-siyasi proseslərinin müzakirəsi zamanı Yeni TV-yə Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O qeyd edib ki, Fransa, İran və digər maraqlı ölkələr Ermənistanla-Azərbaycan arasında münasibətlərin normallaşmasına maneələr yaradır, öz maraqlarını təmin etməyə çalşırlar: “Azərbaycan dövləti dəfələrlə qəti şəkildə bəyan edib ki, danışıqlar prosesində Fransaya yer yoxdur. Çünki Fransa daim ölkəmizə qarşı düşmənçilik sərgiləyib, işğalçı Ermənistana hərtərəfli dəstək göstərib. Fransa senatının qəbul etdiyi son riyakar qətnamə isə sülh prosesinə ciddi zərbədir”.

S.Kərimli əlavə edib ki, digər ölkələr də prosesə müdaxilə edərək nəyəsə nail olmağa, Azərbaycan ərazisində yaşayan etnik ermənilərə status verilməsinə cəhd edirlər: “İran həmişə olduğu kimi, Azərbaycana olan düşmənçiliyini açıq şəkildə büruzə verir, Zəngəzur dəhlizinin açılmasına, bölgədə təhlükəsiz şəraitin yaradılmasına, iqtisadi inkişafa mane olmağa çalışır. Bu isə qabuledilməzdir və xalqımız tərəfindən hiddətlə qarşılanır. Qarabağ ərazidində yaşayan ermənilər arasında revanşist meyillərin qızışdırılması məqsədilə Moskvadan xüsusi missiya ilə göndərilən qüvvələr də vəziyyəti gərginləşdirmək istəyirlər. Bütün bu addımlar Azərbaycanın yaratdığı yeni reallıqlara ziddir. Bu qüvvələr anlamalıdır ki, Qarabağ məsələsi çoxdan həll olunub və burada məskunlaşan etnik ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi, hüquq və azadlıqlarının təminatı da Azərbaycanın zəmanəti altındadır”.

S.Kərimli bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi xarici havadarlara güvənərək qeyri-konstruktiv mövqe tutmağa davam edərsə, qarşısında Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun qüdrətini görəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti