...

“Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlanarkən 20-ə qədər ölkənin təcrübəsi öyrənilib - Fəzail İbrahimli

Siyasət Materials 23 Noyabr 2022 11:22 (UTC +04:00)
“Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlanarkən 20-ə qədər ölkənin təcrübəsi öyrənilib - Fəzail İbrahimli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlanarkən beynəlxalq prinsiplər nəzərə alınıb, 20-ə qədər ölkənin bu sahədə təcrübəsi öyrənilib.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin sədri müavini Fəzail İbrahimli parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ötən illər ərzində Azərbaycanda sistemli, ardıcıl islahatlar həyata keçirilib və ölkəmizdə çox güclü dəyişikliklər baş verib.

“Bu islahatlar bütün sahələri əhatə edib. Milli Məclis bu islahatlardan kənarda qala bilməzdi. Ona görə də Milli Məclisdə təmsil olunan siyasi partiyalar yeni qanun layihəsinin qəbul edilməsini təklif etdi və bu kifayət qədər əsaslandırıldı.

“Siyasi partiyalar haqqında” mövcud qanun 30 il bundan əvvəl qəbul olunub. Bu müddət ərzində Azərbaycanda çox ciddi dəyişikliklər baş verib. Yeni qanunda bu dəyişikliklər öz əksini tapmalı idi”, - deyə o bildirib.

F.İbrahimli bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi 6 fəsil 30 maddədən ibarətdir. Onun sözlərinə görə, ilkin variantla müqayisədə qanun layihəsi müzakirələr nəticəsində təkmilləşdirlib və bundan sonra da təkmilləşdiriləcək.

Qeyd edək ki, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-ə yaxın siyasi partiya 250-dən çox təklifini rəsmi qaydada təqdim edib.

Bununla yanaşı yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib.

Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti