Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycanda post-münaqişə reabilitasiyası üzrə tədbirləri dəstəkləyir.
Trend-in məlumatına görə, bunu bu gün Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko "Regional sabitlik və inkişaf üçün əməkdaşlıq" adlı konfrans zamanı deyib.
Səfir qeyd edib ki, Aİ azad edilmiş ərazilərdə bərpa işlərində Azərbaycanı dəstəkləməyə hazırdır.
"Regionda münaqişələr fundamental problemlər olaraq qalmaqdadır. Onların həlli ciddi səylər tələb edir. Aİ-nin köməyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesi dayanıqlı tənzimləmənin əldə olunmasına yönəlib", - deyə o bildirib.