...

Prezident İlham Əliyev: İstifadəyə veriləcək yeni yataqlar bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq

Siyasət Materials 25 Noyabr 2022 12:10 (UTC +04:00)
Prezident İlham Əliyev: İstifadəyə veriləcək yeni yataqlar bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq

Bakı. Trend:

Bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur.

Trend-in məlumatına görə, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, qarşıdakı illərdə istifadəyə veriləcək yeni qaz yataqları, enerji şirkətimiz olan SOCAR-da aparılan ciddi islahatlar, yeni korporativ idarəetmə, şəffaflıq və səmərəlilik bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti