Bakı. Trend:
Sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatları davam edir. Xəbər veridiyimiz kimi, dekabrın 3-də və 7-də azərbaycanlı mütəxəssislər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanlığı ilə danışıqlar apardı. Müzakirələrin nəticəsinə əsasən, bu gün azərbaycanlı mütəxəssislər sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı montitorinq aparmalı idi.
Trend xəbər verir ki, sülhməramlıların və Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı isə Azərbaycanın suveren hüququ olan bu manitorinqin baş tutmasına mane oldu. Belə ki, heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların (Qızılbular və Dəmirli) yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Mütəxəssislərin həmin əraziyə girişinə bir qrup qanunsuz erməni dəstələri tərəfində maneə törədilib. Bütün bu olanlar isə Rusiya sülhməramlılarının gözüqarşısında baş verib.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq dekabrın 10-da sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinqə başlamaq haqda razılı əldə olunsa da, sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı nəticəsində bu, baş tutmayıb.
Özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərdən ibarət aqressiv kütlə əvvəlcədən həmin əraziyə gətirilib və azərbaycanlı müxətəssislərin fəaliyyətinə mane olması planlaşdırılıb.
Rusiya sülhməramlıları ilə Ruben Vardanyan arasında qurulmuş ssenari tam icra olunub. Azərbaycanın rəsmi şəxslərdən ibarət nümayəndə heyəti isə Ruben Vardanyanla və qaunsuz erməni dəstələri ilə heç bir təmasa keçməyib və Şuşa şəhərinə qayıdıb.
Azərbaycan mütəxəssislərinin baş tutmalı olan monitorinqi Rusiya sülhməramlıları və qanunsuz erməni dəstələrinin qurduqları plan əsasında baş tutmayıb. Növbəti dəfə görünən odur ki, Rusiya sülhməramlılarının sözdə açıqlamaları elə sözdən ibarətdir, əslində isə sülhməramlılar, qanunsuz erməni dəstələrinin maraqlarını qoruyur, onların qanunsuz əməllərinin mühaifzəsinə xidmət edir.