...

Şuşa-Laçın yolu qanunsuz silah daşınması üçün istifadə edilir və buna son qoyulmalıdır - Tural Gəncəliyev

Siyasət Materials 16 Dekabr 2022 11:28 (UTC +04:00)
Şuşa-Laçın yolu qanunsuz silah daşınması üçün istifadə edilir və buna son qoyulmalıdır - Tural Gəncəliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqının Şuşa-Xankəndi yolundakı aksiyası qanuni şəkildə, konstitusiya çərçivəsində keçirilir. Bu məsələ Azərbaycanın daxili işidir. Ona görə də Ermənistanın havadarlarının aksiya ilə bağlı yersiz hay-küy qaldırmasını qəbul etmirik.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev çıxışı zamanı deyib.

"Şuşa-Laçın yolu qanunsuz silah daşınması üçün istifadə edilir və buna son qoyulmalıdır. Təssüflər olsun ki, Ermənistanın qanunsuz hərəkətlərindən Azərbaycan xalqı hələ də əziyyət şəkir, insanlarımız mina partlayışları nəticəsində həlak olur.

Ermənistanın Şuşa-Laçın yolu ilə minalar daşıyaraq ərazilərimizdə basdırmasına son qoyulmalıdır”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti