...

"Siyasi partiyalar haqqında" qanun layihəsi son oxunuşda qəbul edildi

Siyasət Materials 16 Dekabr 2022 12:08 (UTC +04:00)
"Siyasi partiyalar haqqında" qanun layihəsi son oxunuşda qəbul edildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 6-da Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub.

Trend-in məlumatına görə, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib.

Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təklifini rəsmi qaydada təqdim edib. Bununla yanaşı, yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirilib.

Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda, dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib. Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti