...

Gürcüstan Prezidenti: Yaşıl enerji ilə bağlı strateji tərəfdaşlığa dair sazişin imzalanması vacib addımdır

Siyasət Materials 17 Dekabr 2022 19:30 (UTC +04:00)
Gürcüstan Prezidenti: Yaşıl enerji ilə bağlı strateji tərəfdaşlığa dair sazişin imzalanması vacib addımdır

Bakı. Trend:

“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması çox vacib addımdır. Bu, Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək tarixi addımdır.

Trend xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili özünün tviter hesabında yazıb.

“Yaşıl enerjinin inkişafı və ötürülməsinə dair strateji sazişin imzalanmasını alqışlayıram. Bu, Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək tarixi addımdır. Bu, o deməkdir ki, indi Qara dəniz Avropa dənizinə çevrilir və o, hər iki tərəfi bir-biri ilə birləşdirən körpüdür”,- deyə S. Zurabişvili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti