...

Vardanyanın cinayətkar planları artıq iflasa uğrayıb – Afət Həsənova

Siyasət Materials 21 Dekabr 2022 10:17 (UTC +04:00)
Vardanyanın cinayətkar planları artıq iflasa uğrayıb – Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı ekofəalların və vətəndaş cəmiyyəti nümayəndələrinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyasının məqsədi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə ekoloji terrorun və təbii sərvətlərimizin ermənilər tərəfindən talan edilməsinin qarşısının alınmasıdır. Laçın yolu humanitar məqsədlər üçün açıqdır və indiyə qədər Rusiya sülhməramlıların xeyli sayda humanitar yükləri daşıyan avtomobilləri, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını Laçın yolundan maneəsiz şəkildə hərəkət edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, etirazçılar bəyan edirlər ki, bütün mülki ermənilərin, o cümlədən dinc ermənilərin - qocaların, qadınların və uşaqların keçidi üçün bərabər şərait yaradırlar.

“Lakin terrorçu Ruben Vardanyan bilərəkdən erməniləri buraxmır, Laçın yoluna gəlməsinə mane olur və qərəzli şəkildə saxta məlumatlar yayır ki, guya Azərbaycan tərəfi dinc əhaliyə qarşı humanitar böhran yaradır. Lakin bu heç də belə deyil. Göründüyü kimi hər gün humanitar yük daşıyan avtomobillər, eyni zamanda təcili yardım maşınları bu yoldan sərbəst istifadə edirlər və etirazçılar tərəfindən heç bir maneə ilə qarşılaşmırlar.
Burada Vardanyanı narahat edən Azərbaycan ərazilərində yaşayan ermənilər deyil, onun cinayətkar əməllərini həyata keçirə bilməməsidir. Çünki Vardanyan Laçın yolundan istifadə edərək silah daşıya bilmir, talan etdiyi Azərbaycan sərvətlərini çıxara bilmir. Ermənilərin aqibəti Vardanyan qəti şəkildə narahat etmir.

Vardanyan başa düşür ki, artıq ərazilərimizdə öz cinayətkar əməllərini davam etdirə bilməyəcək, təbii sərvətlərimizi talan edərək çıxara bilməyəcək. Vardanyan xəyallara qapılaraq Azərbaycanın təbii sərvətlərini talan edib varlanacağı haqda xülyalar qurmuşdu, lakin göründüyü kimi onun bu xülyaları iflasa uğrayıb və o, vəziyyətdən çıxmaq üçün yalan məlumatlar uydurmağa çalışır”, - deyə deputat əlavə edib.

A.Həsənova bildirib ki, Vardanyanın bu planı da artıq iflasa uğrayıb və Azərbaycan ərazilərində yaşayan ermənilər onun qanunsuz əməllərindən ciddi şəkildə narazıdırlar. “Artıq ermənilər Vardanyanın idarəçiliyini qəbul etmədiyini dilə gətirirlər və vəziyyətin sabitləşməsi üçün çıxış yolunu onun getməsində görürlər. Hamı başa düşür ki, iş adamı və çirkli biznesdə adı keçən Vardanyananın əsas məqsədi varlanmaq öz imkanlarını genişləndirməkdir.

O, Qarabağda yaşayan ermənilərin əsas gəlir sahələrini də öz nəzarətinə keçirir. Lakin qeyd etdiyim kimi Vardanyananın bu çirkli məqsədi artıq iflasa uğrayıb. Azərbaycan xalqı heç zaman Vardanyan kimi cinayətkarların təbii sərvətlərimizi talamasına imkan verməyəcək. Artıq bir həftədən çoxdur ki, azərbaycanlı etirazçılar öz aksiyalarını davam etdirir və havaların soyuqlu-şaxtalı keçməsi də onlaın bu aksiyasına mane olmur. Onlar öz məqsədlərinə çatmaqda israrlıdır və Vardanyan kimi cinayətkarlar Azərbaycan ərazilərini tərk etməlidirlər, onların artıq başqa seçimi qalmayıb”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti