...

Səlahiyyətli nümayəndəlik Naxçıvanda yerli icra hakimiyyəti orqanlarına nəzarət edəcək

Siyasət Materials 22 Dekabr 2022 16:15 (UTC +04:00)
Səlahiyyətli nümayəndəlik Naxçıvanda yerli icra hakimiyyəti orqanlarına nəzarət edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezidentin Naxçıvanda Səlahiyyətli nümayəndəliyinin fəaliyyət istiqamətləri müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamədə əksini tapıb.

Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının (bundan sonra – yerli icra hakimiyyəti orqanları) fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

2.1.2. müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək;

2.1.3. müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək;

2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti