Bakı. Trend:
Rusiya sülhməramlı kontingentinin gündəlik fəaliyyəti ilə bağlı isə hər hansı sənəd yoxdur.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, üçtərəfli bəyanatda bir çox məsələlər əksini tapıb.
“Rusiya sülhməramlı kontingentinin gündəlik fəaliyyəti ilə bağlı isə hər hansı sənəd yoxdur. Hazırda belə bir sənəd üzərində də iş aparılmır”, - deyə nazir əlavə edib.